Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb

17:00 | 21.06.2015
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb

Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb

Bədii gimnastika üzrə Azərbaycan millisi "Bakı-2015" I Avropa Oyunlarını mükafatla başa vurub.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz Marina Durunda lentlə hərəkətlərdə gümüş medala yiyələnib. Bu, Azərbaycan millisinin "Bakı-2015"də 35-ci medalı olub.
 
Çıxışı 18,200 xalla qiymətləndirilən idmançımız 3-cü cəhdində yalnız rusiyalı Yana Kudryavtsevadan (19,000) geri qalaraq, yarışı 2-ci pillədə başa vurub. Bürünc medala isə gürcüstanlı Salome Pajava (17,950) yiyələnib.
 
Bu gün "Bakı-2015" I Avropa Oyunlarının bədii gimnastika yarışlarında daha 5 dəst medal sahibini tapıb. Ayrı-ayrı alətlərlə (həlqə, lent, top, gürzlər) fərdi yarışlarda, qruplar isə 2 növdə (gürzlər və həlqələr, lent) qüvvəsini sınayıb.
 
Azərbaycan təmsilçilərindən yalnız Marina Durunda xalça üzərində çıxıb. Millimizin lideri digər 2 alətlə hərəkətini medalsız bitirib. Belə ki, idmançımız həlqə ilə çıxışda 17,800 xal əldə edib. O, bu nəticə ilə 5-ci yeri tutub. Mükafatları rusiyalı Marqarita Mamun (18,850), belaruslu Melitina Stanyuta (18,500) və israilli Nata Rıvkin (18,150) qazanıb.
 
Topla hərəkətlərdə isə gimnastımızın çıxışı 16,100 xalla qiymətləndirilib. Marina Durunda final mərhələsini 6-cı yerdə başa vurub. Bu hərəkətdə ilk "üçlüy"ü rusiyalı Yana Kudryavtseva (18,950), ukraynalı Anna Rizatdinova (18,250) və belaruslu Melitina Stanyuta (18,200) təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb