Berti Foqts millidən getdi

17:38 | 03.07.2014
Berti Foqts millidən getdi

Berti Foqts millidən getdi

“ABŞ millisindəki fəaliyyətim mənim üçün iş yox, kömək idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

 

Braziliyada keçirilən dünya çempionatının final mərhələsi zamanı ABŞ yığmasında baş məşqçi Yurgen Klinsmannın məsləhətçisi kimi çalışan 68 yaşlı mütəxəssisin sabiq yetirməsi ilə birgə fəaliyyəti sona çatıb.

 

Amerikalıların 1/8 finalda Belçikaya uduzması ilə missiyasını başa vuran Foqts 1 aydan az sürən fəaliyyətini dəyərləndirib: “ABŞ yığmasına bütün hörmətimə baxmayaraq, belçikalıların hücumda daha güclü olduğunu deməliyəm. Amerikalılar isə mübarizə aparır, “döyüşürdülər”. Sonda isə gözlənilən oldu. ABŞ futbolçuları öyrənmək istəyirlər. Onların taktika və futbol tarixi ilə bağlı sualları olur. Amerikalılar futbolda inkişaf etmək istəyir. Oyunçular isə bu oyundan həzz alırlar”.

 

Qeyd edək ki, Foqts 2008-ci ildən Azərbaycan millisini çalışdırır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb