Bir gün rəssam emalatxanasında... - FOTOLAR

09:24 | 07.10.2015
Bir gün rəssam emalatxanasında... - FOTOLAR

Bir gün rəssam emalatxanasında... - FOTOLAR

O "Əzimzadə məktəbinin layiqli davamçılarındandır. Güclü müəllimlərinin sayəsində bu sənəti seçdiyindən heç vaxt peşiman olmadığını deyir.

 

Rəssam Elşən Sərxanoğlu hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam vəzifəsində çalışır. Azərbaycan və Türkiyə səhnələrində çoxsaylı tamaşaların tərtibatını verib, müəllif fikirlərinin tamaşaçılara çatdırılması işində əməyini heç vaxt əsirgəməyib.

 

Onun "Rəssamın fərdi sərgisi” termininə tam cavab verən iki sərgisi keçirilib: 2005-ci ildə Rusiyanın Arxangelsk şəhərində və keçən ilin iyul ayında Bakıda. Digər sərgilər ya 3 rəssamın birgə sərgisi olub, ya da qrup sərgiləri.

 

Respublikada təşkil olunan, demək olar ki, əksər sərgilərin iştirakçısı olub. Əsərləri Azərbaycanla yanaşı İngiltərə, Almaniya, Rusiya, Türkiyə, Bolqarıstan, Avstriya, Niderland, Fransa, Qazaxıstan və s. ölkələrin bir çox muzey və şəxsi kolleksiyalarında saxlanılır.

 

ANN.Az-ın fotoreportyorunun hazırladığı fotosessiya rəssam Elşən Sərxanoğlunun yaradıcılığına həsr olunub.

 

Fotoların müəllifi Fərqanə Novruzovadır. 

















































































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti