Braziliya şok: Neymar mundialı başa vurdu

12:28 | 05.07.2014
Braziliya şok: Neymar mundialı başa vurdu

Braziliya şok: Neymar mundialı başa vurdu

Braziliya millisi DÇ-2014-ün 1/4 finalında Almaniya ilə matç öncəsi ciddi itki ilə üzləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Kolumbiya ilə oyunda zədələnən Neymarın zədəsinin ciddi olduğu müəyyənləşib.  Onun dünya çempionatını erkən başa vurduğu açıqlanıb.

Yığmanın həkimi Rodriqo Lasmar deyib ki, Neymarın onurğasında sınıq aşkarlanıb:

"O, əməliyyat olunmayacaq, ancaq bir müddət hərəkət edə bilməyəcək. Neymar bu zədə ilə futbol oynaya bilməz. Onun bir həftəyə sağalması mümkünsüzdür".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb