Britaniya monarxının və məşhur şəxsiyyətlərin heykəlləri - FOTOREPORTAJ

13:10 | 21.08.2015
Britaniya monarxının və məşhur şəxsiyyətlərin heykəlləri - FOTOREPORTAJ

Britaniya monarxının və məşhur şəxsiyyətlərin heykəlləri - FOTOREPORTAJ

Rüstəm Qasımov

Tarix göz qarşısında olanda daha yaxşı yadda qalır və öyrənilir. Tarixi hadisələr adətən heykəl və abidələr formasında təcəlli tapır, bu, şəhərin görünüşündə də özünü biruzə verir. 

Bu gün sizinlə Londona baş çəkəcəyik və bu möhtəşəm şəhərin möhtəşəm heykəlləri və abidələriylə tanış olacağıq. Britaniya monarxına və tarixi şəxsiyyətlərə qoyulan abidələr öz gözəlliyi ilə insanı heyran qoyur. 

İki ingilis monarxının şərəfinə Londonda möhtəşəm abidələr və hətta böyük memorial komplekslər tikilib. Belə monumentlərdən biri Böyük Britaniyanın əfsanəvi kraliçası Viktoriyaya həsr edilib, bu qadına hələ də Britaniyada böyük hörmət və ehtiram bəslənilir. İkinci memorial kompleks isə şahzadə Albertin şərəfinə tikilib, bu tikili dünyaca məşhur "Royal Albert Hall" konsert salonunun qarşısında yerləşir. Başqa bir çox ingilis ictimai və siyasi xadimlərinin heykəlləri at üstündə və yaxud ayaq üstə dayanıb. Abidələr çox nüfuzedici və möhtəşəm görünür. 

Mədəniyyət, elm, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını təkcə Azərbaycanın deyil, dünyanın bir çox maraqlı yerləriylə tanış etməkdə davam edir. 

Xoş seyrlər: 
 
















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM