Bütün dünyanın tanıdığı gözəl azərbaycanlılar - FOTOLAR

13:57 | 06.03.2015
Bütün dünyanın tanıdığı gözəl azərbaycanlılar - FOTOLAR

Bütün dünyanın tanıdığı gözəl azərbaycanlılar - FOTOLAR

Biz İranın, Misirin və başqa ölkələrin gözəllərindən yazmışıq. Bizim gözəl kişi və qızlarımızda yazmaq vaxtı çatıb.

ANN.Az xəbər portalı day.az-a istinadən bütün dünyada ən məşhur Azərbaycan köklərinə malik müğənniləri, modelləri, aktrisaları və digər sənət sahiblərini təqdim edir:

Sami Yusif - Britaniya müğənnisi, bəstəkar, instrumentalçı, islam dini mahnılarının ifaçısı. 1980-ci il iyul ayında Tehranda doğulub. Onun valideynləri azərbaycanlılardır. Sami Yusif albomların satılmasına və YouTube-da kliplərə baxışların sayına görə dünyada ikinci müğənni olub.



Tumur Rodriqez (əsl soyadı Kərimov)
- rusşoumeni, müğınni və tele-radioaparıcı, aktyor, ŞHK (KVN) layihəsinin iştirakçısı. Bundan əlavə "Comedi Club" , "Один в один, "ШоумаSтгоуон" və "Южное Бутово" layihələrinin iştirakçısı, "Крокодил", "Sexy чарт", "Танцы без правил", "Нэшнл джеографик" verilişlərinin aparıcısıdır. 1979-cu il oktyabrın 14-də Penzedə anadan olub. O, Kukla Teatrının aktyoru Mikayıl Kərimov və tərcüməçi, alman və ingilis dili mütəxəssisi, miliyyətçə yəhudi olan Zlata Levinin ailəsində dünyaya gəlib.



Rüstəm Cəbrailov
- aktyor və modeldir. 1986-cı il iyunun 8-də Luqansk şəhərində Azərbaycanlı ailəsində doğulub. "The Best Model Of Azerbaijan 2006" müsabiqəsinin qalibidir.



Rober Osseyn
- fransız teatr və kino aktyoru, rejissor, prodüser, "Marini" (Paris) teatrının bədii rəhbəri. 30 dekabr 1927-ci il Parisdə doğulub.



Paniz Yusefzade
- Azərbaycan əsilli kanada modeli, Miss Universe Canada 2010 müsabiqəsinin finalçısı. Tehranda doğulub, 10 yaşında ailəsiylə Vankuverə köçüb.



Baxare Kian Afşar - İran aktrisası.Qədim Azərbaycan kökü olan Afşar nəslinin nümayəndəsidir.



Sara Şahi - amerika aktrisası və fotomodeli. Atası İran azərbaycanlısıdır, anası ispan əsillidir. Andrea Kerimli (Mantea) Azərbaycan mənşəli rumun fotomodeli.



Andrea Kərimli (Mantea)
- azərbaycanlı əsilli rumın fotomodeli



Nəsrin Cavadzadə
azərbaycanlıdır, Türkiyədə məşhur aktrisadır. 11 yaşında Türkiyəyə köçüb və indi türk kinematoqrafında işləyir.



Byanka Balti məşhur italyan modelidir. Dünya podiumlarının ulduzunun atası italiyalıdır, anası əslən Azərbaycandandır.



Aylar Dianati Li
norveç aktrisa və fotomodelidir. Milliyyəti İran azərbaycanlısıdır.
 
 
 
 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb