Bu gün Britaniya kraliçası 950 illik rekordu təzələyəcək

20:26 | 09.09.2015
Bu gün Britaniya kraliçası 950 illik rekordu təzələyəcək

Bu gün Britaniya kraliçası 950 illik rekordu təzələyəcək

Bu gün Britaniya kraliçası II Yelizaveta 1066-cı ildən monarxiyanın bərqərar olduğu "Dumanlı Albionda” ən çox hakimiyyətdə olan şəxs kimi tarixə keçəcək.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, əlahəzrət kraliça 63 il 7 ay və 2 gün hakimiyyətdə olmuş ulu nənəsi kraliça Viktoriyanı 9 sentybarda 1 gün qabaqlayacaq.

Əlamətdar günü Şotlandiyada yerləşən Balmoral qəsrində ailəsi ilə keçirmək istəyən Yelizaveta sonradan qərarını dəyişərək son 100 ildə tkilən ən böyük dəmiryolu xətti olan Edimnburq-Tvidbenk xəttinin açlışında iştirak edəcək.

Ehtimal olunur ki, kraliça çıxışında Böyük Britaniya və digər birlik ölkələrinə 63 ildən artıq müddətdə ona etimad göstərdikləri üçün təşəkkür edəcək və ulu nənəsi Viktoriyanın xatirəsinin anacaq.

Daha sonra Balmoral qəsrinə qayıdacaq kraliça günü öz nəvəsi şahzadə Uilyam və onun ailəsinin əhatəsində başa vuracaq.

Britaniya baş naziri Devid Kemeron, parlamentarilər, jurnalistlər və sadə britaniyalılar da Yelizavetanı təbrik ediblər. Bu gün Londonu 2 yerə ayıran Temza çayında gəmilərin paradı və artilleriya atəşi olacaq.  

Britaniya kilsələrində kraliçanın sağlığı üçün xüsusi ayinlər və dualar oxunacaq. Rəy soğruları 70% britaniyalının monarxiyaya rəğbətlə baxdığını göstərib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb