Bu il verilən mühafizə orderlərinin sayı açıqlanıb

10:36 | 17.04.2024
Bu il verilən mühafizə orderlərinin sayı açıqlanıb

Bu il verilən mühafizə orderlərinin sayı açıqlanıb

2024-cü ilin yanvar-martında 73 mühafizə orderi verilib. Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib. 

"Onlardan 64-ü qısa müddətli, 9-u uzunmüddətli təşkil edir", - əlavə ediib.
 
2022-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı 158 şəxsə mühafizə orderi verilib.
 
Sözügedən orderdən həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs yararlana bilər. Mühafizə orderi əldə edən şəxs, dəyən maddi, mənəvi, hətta tibbi xərcləri belə qarşı tərəfdən tələb edə bilər.

Mühafizə orderi qısa və uzunmüddətli olur. Zorakılığa məruz qalan qadın və ya kişi qısamüddətli orderi əldə etmək üçün rayon İcra Hakimiyyətinə yaxınlaşmalıdır.

Müraciət edildiyi andan 24 saat ərzində bu hadisə araşdırılmalı və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilməlidir. Qısa müddətli mühafizə orderi 30 gün müddətinə qədər verilir. Həmçinin bu order icra sənədlərinə aiddir və məcburi icra olunmalıdır. İcra olunmadığı təqdirdə məişət zorakılığını törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir.

Uzunmüddətli mühafizə orderi isə maksimum 6 aylıq olmaq şərti ilə məhkəmə tərəfindən verilir.

Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb