Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlandı

11:22 | 12.08.2015
Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlandı

Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlandı

Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlanıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 5-dən 12-dək laureatlara Nobel mükafatı, habelə Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək.

Oktyabrın 5-də fiziologiya və ya tibb, 6-da fizika, 7-də kimya, 9-da Nobel Sülh mükafatı, 12-də "Sveriges Riksbank Prize" təqdim ediləcək.

Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti