Bu kəndlərə ilk dəfə təbii qaz verildi

18:14 | 06.06.2015
Bu kəndlərə ilk dəfə təbii qaz verildi

Bu kəndlərə ilk dəfə təbii qaz verildi

İmişli rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib.
 
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, birpilləli sistem əsasında 180 abonenti olan Məmmədli kəndinə 9801 metr,  347 abonenti olan Oruclu kəndinə isə 31 min  metr  müxtəlif diametrli xətlər çəkilib.
 
Bununla bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Açılış çıxış edən "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev qeyd edib ki, İmişli rayonunda kəndlərin qazlaşdırılması davam edir. Yaxın vaxtlarda daha bir neçə kəndin qazlaşdırılması prosesi başa çatacaq. Digər kəndlərdə isə layihələndirmə işləri davam etdirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb