Bulvarda pulsuz internet olacaq - Video

09:24 | 23.04.2015
Bulvarda pulsuz internet olacaq - Video

Bulvarda pulsuz internet olacaq - Video

Bulvar ərazisində yeniliklər paytaxt sakinlərini sevindirməkdədir. Gəmi və kater həvəskarları bu istəklərini gerçəkləşdirən zaman daha bir sürprizlə qarşılaşacaqlar. Simsiz internetdən də istifadə imkanlari əldə edəcəklər.

ANS TV-nin məlumatına görə, yaxın vaxtlarda Bakı bulvarındakı gəmi və katerlər simsiz internetlə təchiz olunacaq. Hazırda Dənizkənarı Bulvar İdarəsi bu istiqamətdə danışıqlar aparır.

Layihə hazırlanma mərhələsindədir və Avropa Oyunlarına qədər işlər başa çatacaq. Katerlərin böyük əhatə dairəsinə malik gücləndirilmiş antenlərlə təmin olunması nəzərdə tutulub. Hansı ki, bu antenlər vasitəsilə sərnişinlərin hərəkət marşrutu zamanı internetə maneəsiz girmək mümkün olacaq.

Avropa Oyunlarına qədər tək bulvar ərazisindəki gəmi və katerlərdə yox, obyektlərdə də pulsuz internet quraşdırılması nəzərdə tutulub.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, artıq bu iş planlaşdırılıb: "Məqsəd isə gəzinti zamanı gəmidə olan qonaqlar və turistlər internetdən istifadə edə bilsinlər. Hazırda idarə bu istiqamətdə lazımı işlər görür. Qeyd edim ki, 2012-ci ilə ”Evrovison” musiqi yarışması ərəfəsində bulvarın əksər yerlərində "Wi-Fi” şəbəkəsi fəaliyyət göstərirdi. İndi də çalışırıq ki, yerdə qalan ərazilərdə də "Wi-Fi” şəbəkəsi olsun”.

Ümumlikdə bütün bulvar ərazisinin internetlə tam təmin olunması üçün xüsusi antenlərin quraşdırılması tələb olunur ki, hazırda bu məsələ Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin nəzarətindədir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb