Bura Novxanıdır - FOTOLAR

09:30 | 02.06.2015
Bura Novxanıdır - FOTOLAR

Bura Novxanıdır - FOTOLAR

Bir çoxları üçün Novxanı Xəzər dənizinin kənarında yerləşən bir kənddir və ora ancaq yay aylarında yada düşür. Çünki yayın qızmar günəşindən qorunmaq, sərinləmək üçün çimərliyə getmək lazımdırsa, onda Novxanı yada düşür.

Amma Novxanı kəndinin 500 il yaşı olduğu deyilir. Həm də Bakının qədim kəndi olması ilə bərabər Azərbaycanın igid oğullarının – Məmməd Əmin Rəsulzadə, Mehdi Hüseynzadə, Lütfi Zadə, Əzim Əzimzadə, Süleyman Rüstəm və başqalarının doğulub boya-başa çatdığı kənd olub.  
Xəbər portalı ANN.Az bu kənddən hazırlanan fotosessiyanı oxuculara təqdim edir.

Sadə novxanılıların belə həsrət qaldığı çəpərlənmiş Duzlu göl
 
 
 
 
 

19-cu əsrdən qalma müqəddəs ocaq. Novxanılılar hələ də buranı sevə-sevə ziyarət edir
 
 

Köhnə Novxanı hamamı
 

 

Novxanılı qadın fotomüxbirimizə deyib ki, vaxtilə bura kənd əhalisinin, xüsusilə qadınların, uşaqların yuyunduqları hamam olub. Amma indi kimsəsiz heyvanların sığınacağına çevrilib.
 
 
 
 

Hətta bura tövlə kimi də istifadə edilir
 
 
 


Sadə kənd adamları hələ də qədim nəqliyyat vasitələrinə üstünlük verirlər
 
 

Bura sovet ittifaqı qəhrəmanı, partisan, sadə novxanılıların dili ilə desək "Geroy Mehdi”nin -  Mehdi Hüseynzadənin ata ocağıdır.
 
 
 
 

Tamamilə dağılmış, qoyun-quzunun otlaq yerinə çevrilmiş, ətrafı üfunətə bürünmüş bu yerdə vaxtilə Azərbaycanın adını Avropada tanıdan şəxsiyyət dünyaya gəlib.
 
 
 
 
 

Mehdi Hüseynzadə bu evdə rəssamlıqla bağlı xəyallar qurub
 
 

Bu da Medinin ata yurudundan bir görüntüdür.
 
 

 

İndi bura ancaq kənd naxırçıları, çobanları özlərinə "şərait yaradıblar”
 
 

Vaxt olub bu pəncərədən Mehdi Hüseynzadə baxaraq gələcək planlarını müəyyən edib.
 
 

Gələcəyin Novxanı ağsaqqalları olacaq sakinləri
 
 
 

 

Novxanı küçələri
 
 
 
 
 
 
 
 

 
 

Fotoların müəllifi Fərqanə Novruzovadır

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb