"Burada hər adama 1000 dollar ödəyirlər" - Facebook-un sahibi yazdı - FOTO

11:30 | 05.07.2017

"Burada hər adama 1000 dollar ödəyirlər" - Facebook-un sahibi yazdı - FOTO

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-un banisi və sahibi Mark Zukerberq ABŞ-ın Alyaska ştatındakı Kenay bölgəsində, Homer şəhərinin yaxınlığındakı gölün sahillərində ailəvi istirahət edib.

Milli.Az bildirir ki, Mark Zukerberq göldə balıq tutub, sonra da Alyaskanın təbiətinin mühafizəsinə və sakinlərinin sosial durumunun yaxşılaşdırılmasına yönəlmiş proqramlarla tanış olub.

"ABŞ hökuməti Alyaska ştatında "Permanent Fund Dividend" adlı proqramı reallaşdırır. Ştatdakı yataqlardan hasil edilən neftin müqabilində dövlət burada yaşayan hər yerli sakinə ildə 1000 dollar divident ödəyir. Ailədə 5 və ya 6 nəfər varsa, ödənişin məbləği minimum 6 min dollar təşkil olunur. Bu proqram maraqlıdır və məsələyə novatorcasına yanaşmadır.  Əvvəla, proqram vergilərin artırılması yox, təbii ehtiyatlar hesabına ödənir. Sonra da ki, proqramın məğzində sosial müdafiə prinsipiləri yox, dövlətin vətəndaşa qayğı məsələsi durur. Ona görə də əsas gəlir ideyadır. Bundan başqa, Alyaskada təbii ehtiyatların hasilatı ilə böyük korporasiyalar məşğul olur. Onlarsa yerli sakinlərə, aborigenlərə məxsus ərazilərdə çalışırlar və bu səbəbdən də həmin şəxsləri səhmdarları ediblər. Yəni hər alyaskalı hər il həm dövlətdən 1000 dollar alır, həm də korporasiyalar ona dividendlər ödəyirlər" - Mark Zukerberq profilində yazıb.

M.Zukerberq daha sonra yazıb ki, Alyaskada balıqların qorunmasına və sayının artırılmasına yönəlmiş çoxsaylı dövlət proqramları da var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM