Buraxılış imtahanından 39 nəfər yüksək nəticə göstərib

13:19 | 16.04.2024
Buraxılış imtahanından 39 nəfər yüksək nəticə göstərib

Buraxılış imtahanından 39 nəfər yüksək nəticə göstərib

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
 
Bildirilib ki, imtahana gəlməsi nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər gəlməyib.

İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 23-25 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb