Üç ayda 33 nəfər yol qəzasında ölüb - Statistika

09:30 | 16.04.2024
Üç ayda 33 nəfər yol qəzasında ölüb - Statistika

Üç ayda 33 nəfər yol qəzasında ölüb - Statistika

2024-cü ilin birinci rübündə Bakıda 90 yol nəqliyyat hadisəsi baş verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% azdır.  Bu barədə   Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
 
Baş verən yol qəzalarında 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb.  
 
2023-cü ildə Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, 862 nəfər həlak olub. 
 
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 faizi, xəsarət alanların isə 72,3 faizi kişilərdir.
 
Hesabat dövründə baş vermiş yol qəzalarının 39,7 faizi piyadaların vurulması ilə nəticələnib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb