Üç ayda nə qədər şəxs işsiz kimi qeydiyyata alınıb? - Rəsmi

17:29 | 15.04.2024
Üç ayda nə qədər şəxs işsiz kimi qeydiyyata alınıb? - Rəsmi

Üç ayda nə qədər şəxs işsiz kimi qeydiyyata alınıb? - Rəsmi

2024-cü ilin üç ayında ölkədə qeydiyyata alınmış işsizlərin sayı 209,8 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
İşsiz kimi qeydiyyata düşənlərin 43%-ni qadınlar təşkil edib. 
 
Dövlət Məşğulluq Agentliyi işsizlikdən sığorta üçün orta aylıq 426,2 manat vəsait ödəyir. 
 
Bundan əvvəl Azərbaycanda ilin ilk rübündə 44 min 200 nəfər işlə təmin edilib, 683 şəxs kiçik ailə təsərrüfatı yaradıb.
 
İşsiz kimi qeydə alınan şəxslərin böyük hissəsi Bakı şəhərinin payına düşüb.
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb