• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: UFAZ-ın diplomu ilə məzunlar gələcəkdə asanlıqla iş tapacaqlar - FOTOLAR

Səfir: UFAZ-ın diplomu ilə məzunlar gələcəkdə asanlıqla iş tapacaqlar - FOTOLAR
28.10.2016 11:22
Fransa-Azərbaycan Universitetində (UFAZ) təhsil alan tələbələrə Strasburq Universitetinin tələbə kartları təqdim olunub.

Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı, Strasburq Universitetinin nümayəndəsi Filipp Turek, UFAZ-ın professor-müəllim heyəti və KİV nümayəndələri iştirak edib.
 


Fransanın ölkəmizdəki səfiri Orelia Buşez tədbiri çıxış sözü ilə açaraq bildirib ki, Fransa-Azərbaycan Universitetində 141 azərbaycanlı tələbə təhsil alır və UFAZ-ın tələbələri üçün Fransada olduğu kimi eyni şərait yaradılıb:

"UFAZ-ın tələbələri Strasbuq Universitetinin tədris proqramı üzrə təhsil alırlar və Fransada olduğu kimi eyni diplomlar alacaqlar. Bu diplomlar peşəkar dəyərə malikdir. Buranın diplomu ilə məzunlar gələcəkdə asanlıqla iş tapa biləcəklər. UFAZ-da tələbələr ciddi seçimdən sonra bura qəbul olunaraq, keyfiyyətli təhsil alırlar. Burada Strasburq Universitetindən gələn müəllimlər dərs keçir. UFAZ-da 13 yerli müəllim dərs deyir və onların hər biri xaricdə təhsil alıblar. Onlardan ikisi Fransada təhsil alan müəllimlərdir”.

Səfir Aureliya Buşez bildirib ki, Strasbuq Universiteti dünyada kifayət qədər məşhur təhsil müəssisələrindən biridir. 2016-cı ildə Strasburq Unuiversitetinin professoru Jan Pyer Sovaj "molekulyar maşınların layihələndirilməsi və sintezi”nə görə, kimya elmi üzrə Nobel mükafatına layiq görülüb. Səfir əlavə edib ki, UFAZ-ın tələbələrinə təqdim edilən Strasburq Universitetinin kartları onlara bir sıra imkanlar yaradır. Bu kartlar tələbələrə universitetin kitabxanasından, avadanlıqlarından və Fransada olan zaman Strasburq universitetinin yeməkxanasından istifadə etmək hüququ verir.
 


ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, UFAZ-da 6 həftədir dərslərə başlanıb. Rektor bildirib ki, Fransız-Azərbaycan Universiteti Fransa prezidenti Fransua Olland və Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb.


Azərbaycanın Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev qeyd edib ki, UFAZ-da təhsil alan tələbələrə Azərbaycanın hüdudlarını tərk etmədən, Straqburq Universitetinin diplomunu almaq imkanı yaranıb:
 
"Gələcəkdə universitetdə magistratura və doktorantura səviyyəsi üzrə tədrisin aparılacağına ümidvarıq".




 
Vüsal Əzizov

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol