• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur

Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur
24.08.2021 15:24
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında mobil operator Azərbaycan Milli komandasının məğrur tərəfdaşıdır


Avqustun 24-də Tokioda XVI Yay Paralimpiya Oyunlarına start verilir. "Azercell Telekom” MMC Milli Paralimpiya Komandasının məğrur tərəfdaşı olmaqla növbəti dəfə ölkəmizdə paralimpiya hərəkatına sədaqətini nümayiş etdirir.  

Təqdirəlayiq haldır ki, bu oyunlarda Milli Paralimpiya komandası rekord sayda lisenziya ilə Azərbaycanı təmsil edir. Tokioda yarışacaq Azərbaycan Milli Paralimpiya Komandasına 23 kişi və 12 qadın olmaqla 35 idmançı daxildir. İdmançılarımız altı idman növü: cüdo, atletika, taekvondo, pauerliftinq, üzgüçülük və güllə atıcılığı üzrə 47 kateqoriyada medallar uğrunda mübarizə aparacaqlar. Bu il açılış mərasimində Paralimpiya çempionu Oloxan Musayev komandamızın bayraqdarıdır.  

Azercell Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında məğrur tərəfdaş olmaqla, oyunların ruhunu paylaşmağa və paralimpiya hərəkatının təşviqinə kömək edir. Böyük sosial əhəmiyyəti olan və mənəvi dəyərləri əks etdirən Paralimpiya oyunları dünya idman hərəkatında ən önəmli hadisələrdən birinə çevrilməkdədir. Son illər Paralimpiya oyunlarında iştirakçıların sayı və ölkələrin coğrafiyası ildən-ilə artır.  

Azərbaycanda da paralimpiya hərəkatına xüsusi diqqət yetirilir. Azercell şirkəti 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsini dəstəkləyir. Bu dəstək sayəsində hazırda sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetmə 10 idman növü üzrə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə "Azercell Telekom” MMC-nin iştirakı ilə hər il ölkəmizdə Uşaq Paralimpiya oyunları təşkil edilir. 

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək XVI Yay Paralimpiya Oyunlarında dünyanın 136 ölkəsindən 4400 idmançı iştirak edir. Onlar 22 idman növü üzrə 540 dəst medal uğrunda yarışacaqlar. Azərbaycanlı idmançılar indiyədək Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər.

Olimpiya dəyərlərinə dəstək olan Azercell şirkəti idmançılarımız üçün sayca 7-ci olan bu oyunlarda komandamıza əzmlə çıxış etməyi, möhtəşəm qələbə ilə Vətənə dönməyi arzulayır.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol