• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi
06.10.2021 10:02
"Bakcell” in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunacaq 

Bakcell və «GİD CSR Consulting» şirkəti uşaqlar arasında "Vətən sevgisinə rəng qat!” şüarı altında  rəsm müsabiqəsi elan edib. Layihənin məqsədi vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına öz həmyaşıdlarının qayğı və diqqətini göstərməkdir.  

Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi elan ediləcək. Seçilən rəsm əsərlərinin satışından əldə olunan vəsait isə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına hədiyyələrin alınması üçün xərclənəcək.
Beləliklə, "Vətən sevgisinə rəng qat!” şüarı altında keçirilən bu aksiyaya qoşulan uşaqlar 100 şəhidin övladına dəstək və dostluğunu nümayiş etdirmək imkanı əldə edəcək. 

Aksiyada iştirak etmək istəyən uşaqlar sərbəst mövzu üzrə çəkilmiş rəsmlərini 01 noyabr 2021-ci il tarixinə qədər [email protected] ünvanına göndərməlidir. 

Müsabiqədə iştirak qaydaları və aksiya barədə daha ətraflı məlumat https://gidconsulting.az/?p=101 səhifəsində yerləşdirilib. 

Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiyasını diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi "Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol