• $
  • €
  • ₽
  • ₺
  • £

Ölmüş kimi qeydiyyata alıb pensiyasını kəsdilər - Video

Ölmüş kimi qeydiyyata alıb pensiyasını kəsdilər - Video
25.01.2022 22:59
67  yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb.

Anews.az  "Xəzər” TV-yə istinadən xəbər verir ki, Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva bu səbəbdən çıxılmaz vəziyətdə olduğunu bildirir.

1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olmuş Həmayıl Əliyevanın sözlərinə görə, artıq 4 aydır, pensiyası dayandırlıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.
2-ci  qrup əlil olan müsahibimizin ötən ilin oktyabr ayından pensiyası kəsilib. Kartından pul çıxarmaq istəyəndə orada vəsaitin olmadığını görüb. Ağcabədi Rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə isə bildirilib ki, o, ölmüş adam kimi qeydiyyata alınıb.
Həmayil Əliyeva əlavə edir ki, bununla bağlı üz tutduğu bərpa mərkəzindən də eyni cavabı alıb. Xanımın övladının məsələ ilə bağlı üz tutmadığı ünvan da qalmayıb.

Məsələyə Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, vətəndaşın müraciətinə baxılıb. Araşdırmalardan sonra problem həll olunub. Vətəndaşa növbəti ayın pensiya ödənişi zamanı təyin olunan pensiya keçmiş dövr olmaqla birlikdə ödəniləcək.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol