• $
  • €
  • ₽
  • ₺
  • £

İsa Qəmbərə 180 manat pensiya təyin edilib? -Yenilənib

İsa Qəmbərə 180 manat pensiya təyin edilib? -Yenilənib
12.05.2022 18:25
 Dövlət Sosial Müdafiə Fondu Azərbaycan parlamentinin sabiq sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərə 180 manat pensiya təyin edilməsi məsələsinə aydınlıq gətirib. 
 
Fondun mətbuat xidmətindən  bildirilib ki, İsa Yunis oğlu Qəmbərə yaşa görə pensiya deyil, yaşa görə müavinət təyin edilib.
 
"Bununla bağlı mediada dərc olunmuş məlumatla əlaqədar bildiririk ki, "Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya yaşına çatmış şəxs 2 halda yaşa görə pensiya hüququna malik olur: fərdi hesabındakı pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, həmin qədər pensiya kapitalı mövcud olmadıqda isə azı 25 il sığorta stajı olduqda.
 
İsa Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib.
 
Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub", - məlumatda qeyd olunub.
 ‐------
Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərə təyin olunan pensiyanın məbləği sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

"Müsavat” partiyasının sədr müavini Fərəc Kərimli sosial şəbəkədə qeyd edib ki, İsa Qəmbərə 180 AZN məbləğində pensiya təyin edilib.

Partiyanın sədr müavini qeyd edib ki, Azərbaycan Ali Sovetinin Milli Şurasının deputatı və sədri olmuş, həmçinin prezident səlahiyyətlərini  (17 may 1992–16 iyun 1992) icra etmiş İsa Qəmbərə yalnız yaşa görə pensiya təyin edilib.

Fərəc Kərimli Müsavat partiyasının sabiq başqanına təyin olunan pensiyanın məbləğinin qanunsuz olduğunu iddia edib: "Eyni işlərdə çalışmış şəxslərin pensiyası ilə müqayisədə dəfələrlə fərq var”.
O, həmçinin İsa Qəmbəri Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş ən yüksək vəzifəli şəxs kimi qiymətləndirib.

İqtisadçı-jurnalist Dünya Sakit isə Müsavat partiyasının başqanının yalnız yaşa görə pensiya təyin edilməsini "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunla əlaqələndirib. O vurğulayıb ki, qanunda nəzərdə tutulan pensiya təminatı Milli Məclisin ilk üzvlərinə şamil edilməyib.  

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, məsələ ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.(qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol