• $
  • €
  • ₽
  • ₺
  • £

Qaynının gözünü çıxaran kürəkən AZADLIĞA BURAXILDI

Qaynının gözünü çıxaran kürəkən AZADLIĞA BURAXILDI
30.06.2022 09:33
Bakıda qaynının gözünü çıxaran 38 yaşlı Tural Məmmədquluyevə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxsə şərti cəza verilib və o, iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Tural Məmmədquliyev 2011-ci ildə ailə həyatı qurub. Lakin 2021-ci ildə onun həyat yoldaşı ilə münasibətləri pozulub. Bu səbəbdən qadın onu tərk edərək 2 övladı ilə birgə anasının Qaradağ rayonu Müşfiq qəsəbəsindəki evinə köçüb. Daha sonra isə Turalın qayınları ilə münasibəti pisləşib.

2022-ci ilin yanvarında isə şirkətlərdən birində fəhlə işləyən Turalın qaynı Allahverənin "Alik” ləqəbli dostu ona zəng edib. Həmin şəxs Turala Allahverəni və ailəsini narahat etməsi haqda irad bildirib. Bundan sonra Tural qaynına ailə məsələsi barədə dostuna danışdığı üçün əsəbiləşib. O, yanvarın 23-də saat 21 radələrində qayınanasının evinə gedib, lakin Allahverən evdə olmayıb. Daha sonra küçəyə çıxan Tural Allahverənin gəldiyini görüb və onunla mübahisə edib. Bu zaman həmin şəxs qəfil hərəkətlə qaynının gözünə zərbə endirib. Zərbənin təsirindən Allahverən yıxılıb və gözündən qan gəlib. Dərhal xəstəxanaya çatdırılan şəxsin gözünün çıxdığı və bir gözünün görmə qabiliyyətinin tam itirilməsi diaqnozu qoyulub. Daha sonra ailəsi Allahverəni Türkiyəyə aparıb müalicə etdirmək istəsə də, orada da onun gözünün görmə qabiliyyətinin bərpa edilməsinin mümkünsüz olduğu, gözün daxili möhtəviyyatının xaric olduğunu bildiriblər və şüşə göz qoyublar.

Məhkəmədə zərərçəkmiş şəxs Turalı bağışladığını və onun həbsdən azad edilməsini istədiyini deyib.

Hadisəni törədən şəxs də qaynını yumruqla vurarkən onun gözünün çıxacağını düşünmədiyini və belə bir niyyətinin olmadığını, hava qaranlıq olduğu üçün belə bir halın yaşandığını deyib. O, əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu ilin 14 fevral tarixindən həbsdə saxlanılan şəxs məhkəmə zalından azadlığa buraxılıb və ona 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol