• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-ın əmanət və kredit portfelləri yarım milyardı ötdü

Yelo Bank-ın əmanət və kredit portfelləri yarım milyardı ötdü
25.07.2022 14:59
Yelo Bank 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqladı. Bank bütün parametrləri üzrə müsbət tendensiyanı davam etdirir. Hesabata görə Yelo Bank cari ilin ilk 6 ayı üzrə 2.4 milyon manata yaxın xalis mənfəət əldə edib.
 
Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 216 milyon, yəni 40% artaraq 750 milyon manatı ötüb.    
 
Hesabat dövrü üzrə Bankın xalis faiz gəlirləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 18% artaraq 25 milyon manatdan çox olub. Qeyri-faiz gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artıb. 

Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Portfel son 6 ayda 156 milyon manat artaraq 509 milyon manata çatıb. Cəlb olunan depozitlərin arasında yeni müştərilərin də sayının sürətlə artması Bank-ın həm şərtlər, həm də xidmət keyfiyyəti baxımından cəlbedici olduğunu göstərir.  

İlin əvvəlindən Yelo Bank-ın kredit portfeli 91 milyon artaraq 537 milyon manata çatıb. Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi Yelo Bank-ın prioritet istiqamətlərdən olan real sektorun maliyyələşməsinə yönəldilib. 2022-ci ildə artıq 9 mindən çox müştəriyə 185 milyon manat biznes krediti verilib və nəticədə biznes portfel 28% artaraq 331 milyon manat olub. Eyni müddət ərzində 11 mindən çox müştəriyə 85 milyon manat istehlak krediti verilib və nəticədə bu istiqamət üzrə kredit portfeli 134 milyon manata çatıb. Bu satışın demək olar ki, 30%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
 
Hesabat dövrünə Bank-ın məcmu kapitalı 91 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 41 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 15.45%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.52% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: "Əmanət və kredit portfellərində yüksək artım dinamikası həyata keçirilən inkişaf strategiyamızın əsas göstəricilərindəndir. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edəcək. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq. İlk 2 rüb ərzində bir neçə yeni rəqəmsal filial istifadəyə verdik, həmçinin innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim etdik. 2022-ci ilin sonunadək bu yenilikləri davam etdirərək daha böyük uğurlar əldə edəcəyimizə əminəm".

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol