• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc xarici media nümayəndələri ilə görüşdə Qarabağdan DANIŞDI

Zahid Oruc xarici media nümayəndələri ilə görüşdə Qarabağdan DANIŞDI
01.09.2022 15:16
Sosial Tədqiqatlar Mərkəzində BMT-də akkreditə olunan xarici KİV nümayəndələri ilə görüş keçirilib. Görüşdə 44 günlük Vətən müharibəsində  Azərbaycan ərazilərinin işğaldan azad olunması, müharibədən sonrakı dövr, Ermənistan və Azərbaycan arasına sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması ilə bağlı mövzulara toxunulub.


"30 ildə ölkə olaraq iki  dəfə müharibəyə çəkilmişik, ancaq bu iki müharibədə itkilərimiz və itkinlərimiz fərqli olub. İkinci Qarabağ müharibəsində şəhid və itkin sayımız ona görə az oldu ki, biz müharibənin böyük hissəsini səmada apardıq.  30 Avqust Beynəlxalq İtkinlər Günüdür. Təəssüflər olsun ki, Azərbaycan 30 il ərzində 4000 itkin düşən şəxs barədə Ermənistandan heç bir cavab ala bilməyib. Əvəzində biz cavabı torpağın altından alırıq. Azad olunmuş ərazilərimizdə kütləvi məzarlıqlar aşkarlanır”, Məkrəzin sədri deyib.

Zahid Oruc xarici media nümayəndələrinə bildirib ki, İlham Əliyev Vətən Müharibəsi qələbəsini masaya daşıyıb və onu tamamlamağı hədəfləyir. 

"Sülh müqaviləsi imzalansa, kommunikasiyalar, sərhədlər açılacaq.Azərbaycan xalqı nifrətlə yaşamır, ancaq sərhədlər açılsa belə, xalqımız itkinlərə, əsirlərə qarşı qəddarlıq göstərən hərbi cinayətkarları bağışlamayacaq”, Zahid Oruc vurğulayıb.

Görüşdə xarici media nümayəndələri Qarabağ zəfəri ilə bağlı təbriklərini bildirib, Mərkəz sədri Zahid Oruca suallar ünvanlayıblar.

Tədbirin sonunda Zahid Oruc bildirib ki, Azərbaycan xalqı heç vaxt terror qruplaşması yaratmayıb, Ermənistanın isə terror üçün uzun müddət dövlət siyasəti olub. 

Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol