Xaçmazda elektrik cərəyanı 55 yaşlı kişini vuraraq öldürüb

Xaçmaz rayonunda kişini elektrik cərəyanı vurub.
Hadisə Üçgün kəndində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Murad Arif oğlu Qurbanəliyev yaşadığı evin həyətyanı sahəsində tövlədəki mal-qaraya baxarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb.
Qurbanəliyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























