Vasif Talıbovun oğlunun ölkədən çıxışına qadağa qoyulub - İDDİA

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına "stop" qoyulduğu iddia olunur.
Bu barədə "Qaynarinfo” məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.
Qeyd olunub ki, Hazırda Seymur Talıbova məxus biznes obyetləri və digər məsələlərlə bağlı istintaq aparılır.
İddiaya görə, onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənar çıxararaq, biznes qurduğu məlum olub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























