Bu gündən azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə 600 manat müavinət veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə bu gündən ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.
Bu, daha əvvəl Prezident İlham Əliyevin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
www.anews.az
























