Dövlət qulluğu imtahanlarının kompüter əsasında keçirmək planlaşdırılır- Məleykə Abbaszadə

Bu ilin sonuna doğru bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirmək planlaşdırılır. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
www.anews.az
"Biz çox istərdik ki, qəbul imtahanlarında da bu sistemi tətbiq edək. Amma dediyim kimi, ilin sonuna doğru bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq. Qəbul və buraxılış imtahanlarında isə iştirak edən abituriyentlərin sayı çoxdur. Burada 130 mindən çox abituriyent iştirak edir, ona görə o imtahanları kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil”,- sədr vurğuıayıb.
Aytac
www.anews.az
























