Ombudsman tərəfindən Bəxtiyar Hacıyevin müraciəti dinlənilib

İctimai fəal Bəxtiyar Hacıyevin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında Ombudsman Səbinə Əliyeva tərəfindən qəbul olunaraq müraciəti dinlənilib. Bu barədə Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bəxtiyar Hacıyevin anası və onunla bağlı müraciət edən digər şəxslər də Ombudsman Aparatında qəbul olunub.
Bəxtiyar Hacıyev barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib.
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur və bir-birini böhtanda ittiham edirdilər.
Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı appelyasiyaya iki dəfə müracət ünvanlasa da, şikayəti təmin olunmayıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.
Yanvarın 21-də Hacıyevin həbs müddəti 2023- cü ilin fevralın 28- dək uzadılıb.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Dekabrın 29-da isə ictimai fəalın vəkili Aqil Layıc Bəxtiyar Hacıyevin ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırdığını açıqlayıb.
Aytac Zeynalova
www.anews.az