İslam Partiyasının üzvü ürək tutmasından vəfat edib

Dövlətə xəyanətdə ittiham olunan İslam Partiyanının üzvü Səbuhi Səlimov 53 günlük aclıqdan sonra məhkəmə zalında ürək tutmasından vəfat edib. Bu barədə Hüquq Müdafiəçisi Rüfət Səfərov facebook hesabında paylaşıb.
Bildirilir ki, martın 2-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Məmmədovun sədrliyi ilə Səlimov barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Ailəsinin verdiyi məlumata görə, Səbuni Səlimov aclıq aksiyasını dayandırmışdı.
"Məhkəmə zamanı məhkəmənin qərarına kəskin etirazını bildirdi və bu qərar həm də onun ölümünə səbəb oldu. Səbuhi özünü günahkar saymırdı. Həmçinin son 7 gündə quru aclıq edib. Onu Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirmişdilər. Martın 1-də aclığı dayandırıb, su və qida qəbuluna başladı. Səbuhi bir neçə il əvvəl ürək əməliyyatı keçirmişdi. Lakin onun ölümünə ədalətsiz məhkəmə qərarı səbəb oldu",- ailəsi bildirib.
Səbuhi Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətə azadlıqdan məhrum edilib.
Səbuhi Səlimov2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar aldığı bildirilib.
Aytac
www.anews.az
























