• $
  • €
  • ₽
  • ₺
  • £

Aclıq aksiyası keçirən Zamin Salayevin səhhəti pisləşib

Aclıq aksiyası keçirən Zamin Salayevin səhhəti pisləşib
03.03.2023 14:00
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti pisləşib. Bu barədə onun oğlu Oqtay Salayev sosial şəbəkə hesabında paylaşıb.
 
Zamin Salayev məhkəmənin həbs qərarına etiraz olaraq aclıq aksiyası keçirdiyini bildirib.
 
Oğlunun sözlərinə görə, Salayev 25 kiloqramadək çəki itirib.

"Atam artıq 25 kiloqramadək çəki itirib. Səhhəti ağırdır, dünən yenə mədəsindən qan gəlməyə başlayıb. Hələ də həkim onu müayinə etməyib. Amma, o ədalət bərpa edilənədək aclığı davam etdirəcəyini bildirdi",- Oqtay Salayev bildirib.

Onun vəkili Nemət Kərimlinin sözlərinə görə,  Zamin Salayevin ailəsi və yaxınları ilə görüşünə qadağa qoyulub.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.
 
Zamin Salayev artıq 23 gündür ki, aclıq aksiyası keçirir.

Daha əvvəl Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan edib.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.
 
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol