Azərbaycanda futbolçuları aparan avtobus qəzaya düşdü - Yaralılar var

Bu gün "Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində "Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat verilib.
Futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan "Şamaxı-2” – "Mingəçevir” görüşü təxirə salınıb.
Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























