• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan İrandan idxal edilən bu məhsullara qadağa qoyub

Azərbaycan İrandan idxal edilən bu məhsullara qadağa qoyub
24.05.2023 16:35
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qiymətləndirmə apardığı İranda fəaliyyət göstərən müəssisənin təsdiqinə imtina verib.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, mayın 15-də İranın Bəndər Türkmən şəhərində yerləşən "Kianian Shamal” quş ayağının emalı müəssisəsinin Agentliyin mütəxəssisləri tərəfindən vizualizasiya yolu ilə qiymətləndirilməsi həyata keçirilib.

Vizual baxış zamanı müəssisədə qida obyektlərinə dair gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün "Kianian Shamal” müəssisəsinə təsdiqdən imtina verilib. Həmçinin sözügedən müəssisədə istehsal olunan məhsulların ölkəmizə idxalının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.

 "Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir. AQTA bir daha bəyan edir ki, təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq oluna bilər

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol