• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbi qırmızı attestatla bitirənlər imtahanda niyə 0-200 bal yığır?

Məktəbi qırmızı attestatla bitirənlər imtahanda niyə  0-200 bal yığır?
02.06.2023 18:08
2022-ci ildə məktəbləri qırmızı attestatla bitirən şagirdlərin bir qisminin imtahan nəticələri 0-200 bal arasında olub. Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Etibar Əliyev bildirib. 
 
Gəncədə attestat qiymətləri əla olan şagirdlərin 16%-i, Gədəbəydə 15,34%, Goranboyda 23,5%, İmişlidə 18%, Qazaxda 12%, Lerikdə 29%, Lənkəranda 9%, Salyanda 13%,  Sumqayıtda isə  5,6%  0-200 bal toplayıb.  
 
Bu durumu  təhlil edən  təhsil eksperti Elmin Nurizadə şagirdlərin zəif nəticə göstərmələrini onların analitik təfəkkürünün zəif olması ilə əlaqələndirir.

"Bu qabardılması vacib olan təhsil problemlərindən biridir. İstər 2021-ci il, istərsə də 2022-ci ilin imtahan nəticələri qətiyyən qənaətbəxş deyil. 2021-ci ildə şagirdlərin  açıq tipli suallara cavabları üzrə nəticələr aşağıdır. Çünki uzun illərdir test üsuluna güvənmişik və açıq tipli suallara cavab sıfıt səviyyəsində olub. Xarici dildə sualları cavablayanların 30%-i 0 bal topluyub. Doğma dilimizdə bu göstərici 34%, riyaziyyatdan 67%-dir. Bu o deməkdir ki, şagirdlərdə analitik təhlil qabiliyyəti yoxdur. Təhsil İnstitutu məzmun xətləri, səriştə və bacarıqlara uyğun olaraq öz qiymətləndirməsini həyata keçirir. Buraxılış imtahanlarından sonra bəzi şagirdlərin oxuyub anlama, bəzilərinin xarici dili mənimsəmə, dinləyib  qavrama,  bəzilərinin isə riyazi-həndəsə məzmun xətti ilə bacarığının zəif olduğu məlum olur. Riyaziyyat, Azərbaycan dili və xarici dil fənləri bütün məzmun xətlərini özündə əks etdirir və şagirdlərin ümumi intellektual dünya görüşünü verdikləri cavablardan aydın bilmək olar. Mənim fikrimcə, bizim qonşu ölkələrlə müqayisədə təhsil sistemimiz  Türkiyəni çıxmaq şərti ilə o qədər də zəif deyil. Biz qonşuların təhsil sistemlərindən sadaladığım məzmun xətlərinə görə, geridə qalırıq. Hələ də əzbərçi sistemdən, qapalı test imtahanından kənara çıxa bilmirik.  Təhsil sistemi də bu boşluğun üzərində öz işini qurmalıdır", - Elmin Nurizadə deyib.

Deputat Ceyhun Məmmədov isə təhsilin məzmunu və keyfiyyətini artırmadıqca belə problemlərin yaşanacağını vurğulayıb.

"Bu məsələ dəfələrlə cəmiyyətdə də müzakirə olunub. Problem bilavasitə təhsilimizin məzmunu və keyfiyyəti ilə bağlıdır. Təhsilin məzmunu və keyfiyyəti artırılmadıqca belə problemlər yaşanacaq. Eyni zamanda sağlam təhsil rəqabət mühiti yaranmadıqda biz həmin problemləri yaşamaqda davam edəcəyik. Ona görə də bu məsələnin kökünə enərək qırmızı attestat verən, lakin imtahan nəticələri aşağı olan məktəbləri araşdırmaq lazımdır. Təhsil Nazirliyi bu məsələ üzərində işləməlidir. Əgər burada neqativ hal varsa, məktəbin məsələyə yanaşmasında problem yaşanırsa, həmin məktəblərlə və onların rəhbərləri ilə bağlı konkret qərarlar qəbul edilməlidir. Edilmədiyi təqdirdə isə bu cür məsələlərin hər il təkrarlandığını görəcəyik", - deputat söyləyib.

Xalidə Elşənqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol