• $
  • €
  • ₽
  • ₺
  • £

AzerGold Qurban bayramı münasibətilə Daşkəsəndə şəhid ailələrini ziyarət edib

AzerGold Qurban bayramı münasibətilə Daşkəsəndə şəhid ailələrini ziyarət edib
27.06.2023 10:35
AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qurban bayramı münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan şəhid ailələrini ziyarət edib.

QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində təşkil edilən ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərimizin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.

Qurban bayramı ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

"AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan ailələrin hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.

"AzerGold” QSC ölkəmizin aparıcı dağ-mədən şirkəti olaraq aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgənin iqtisadi inkişafına töhfələr verməklə yanaşı, həmin regionda yaşayan əhalinin rifahının yaxşılaşdırılması istiqamətində sosial tədbirlər, müxtəlif xeyriyyə aksiyaları icra edir. Daşkəsən rayonu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri QSC tərəfindən mütəmadi olaraq təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol