• $
  • €
  • ₽
  • ₺
  • £

DTA və UNESCO İpək Yolu üzrə əməkdaşlıq edəcək

DTA və UNESCO İpək Yolu üzrə əməkdaşlıq edəcək
27.06.2023 15:23
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında İpək yolunun turizm potensialının birgə öyrənilməsi üzrə əməkdaşlıq haqqında niyyət sənədi imzalanıb.

Bu barədə  Agentlikdən bildirilib.
 
Sənəd Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos tərəfindən imzalanıb. Niyyət sənədi İpək Yolu üzərində turizm perspektivlərinin araşdırılması və bu istiqamətdə həyata keçiriləcək gələcək layihənin detallarının işlənib hazırlanmasını ehtiva edir.

İyunun 25-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə turizm sahəsində həyata keçirilən layihələr, eləcə də mədəni irsin qorunması istiqamətində aparılan işlər, Azərbaycanın UNESCO-nun mədəni irs siyahısında yer alan mədəni və tarixi nümunələrinin təbliği ilə bağlı əməkdaşlığın artırılması, turizm sahəsində təcrübə mübadiləsi, UNESCO və Azərbaycanın İpək Yolu boyunca ortaq mirasın tanıdılması və istifadəsi, həmçinin digər məsələlər ətrafında fikir mübadiəsi aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol