• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda da dövlət orqanlarına qəbulu DİM həyata keçirəcək

Naxçıvanda da dövlət orqanlarına qəbulu DİM həyata keçirəcək
09.08.2023 18:45
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi ləğv edilib və artıq Naxçıvanda da dövlət orqanlarına dövlət qulluqçularının qəbulu, inzibati vəzifələrin tutulması Azərbaycan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.

Report xəbər verir ki,bu barədə DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova Naxçıvanda dövlət qulluqçuları ilə dövlət qulluğuna qəbul məsələlərinin müzakirəsinə dair təlimdə deyib.

Onun sözlərinə görə, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sosial-iqtisadi inkişafa doğru uğurlu addımlar atılmaqdadır. Görülən işlərin bir hissəsi də məhz dövlət qulluğu sahəsində aparılır. Bu sahədə əsas istiqamət peşəkar kadrların, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı və qəbuludur.

"Biz ayda bir dəfə dövlət qulluğuna qəbulla bağlı sertifikat imtahanları keçiririk. Eyni imtahanları Naxçıvanda da təşkil edəcəyik. Burada da dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər o imtahanlarda iştirak edə biləcək, sertifikatları əldə edə biləcəklər. Onlar bu sertifikatla Azərbaycanın digər dövlət orqanlarına da müraciət edə biləcəklər", - Nərminə Bayramova qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol