Rusiya Qızıl Xaç Cəmiyyətinin yardım maşınının hələ də Xankəndiyə keçidi baş tutmayıb

Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı ermənilərə göndərdiyi yardım maşınının hələ də Xankəndiyə keçidi baş tutmayıb.
"Report”un verdiyi xəbərə görə, içərisi ərzaqla dolu olan avtomobil hazırda Bərdə şəhərindədir.
Axşam saatları olmasına baxmayaraq, ərzaq dolu yük avtomobili Xankəndi istiqamətinə keçid edə bilməyib.
Keçidin ləngiməsi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi ilə yanaşı, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsi kimi qiymətləndirilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























