• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda həlak olan sülhməramlıların ailəsinə 18 min manatdan çox pul veriləcək

Qarabağda həlak olan sülhməramlıların ailəsinə 18 min manatdan çox pul veriləcək
06.11.2023 16:18
Qarabağda həlak olan Rusiya sülhməramlılarının ailələrinə Rusiya hökuməti 1 milyon rubl (18 400 manat) ayıracaq. Bu barədə Rusiya mətbuatı ölkənin Dövlət Dumansının deputatı  Leonid Slutskiə istinadan yazıb.

"Biz onların ailələrini dəstəkləməyə borcluyuq. Faciədən bir ay keçsə də, unudulmasına yol vermək olmaz. Slutskinin şəxsi nəzarəti altında olan RPF sülhməramlıların qohumlarına kömək etməyə davam edəcək", - o bildirib. 
 
Bundan əvvəl, Azərbaycan Baş Prokurorluğunun açıqladığı məlumata görə, sentyabrın 20-d Tərtərin Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.

Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub. 
 
Rusiya Müdafiə Nazirliyinin son açıqlamasına görə, Qarabağda 10-dən sülhməramlılara aid olan postlar bağlanıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol