Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxslər cərimələnib

Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxsləri cərimələyib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























