• $
  • €
  • ₽
  • ₺
  • £

“Green Fintech Startup Challenge”-ə müraciətlər davam edir!

“Green Fintech Startup Challenge”-ə müraciətlər davam edir!
25.05.2024 17:52
ABB İnnovasiya Mərkəzi "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Green Fintech Startup Challenge” hakatonu keçirir.
 
"Verilmiş kreditlərin ətraf mühitə təsirini ölçməyə kömək edəcək dayanıqlı kredit qiymətləndirilməsi aləti”, "Elektron ticarətdə karbon ayaq izi kalkulyatoru”, "Blokçeyn əsaslı dayanıqlı və şəffaf təchizat zəncirinin qurulması platforması”, "Süni intellekt əsaslı ESG məlumatları üçün maliyyə əməliyyatlarını təhlil edən və bizneslər üçün fərdi tövsiyələr verən hesabat aləti” mövzuları hakatonun əsas istiqamətləridir. Müraciətçilər yarışmaya "Greentech” sahələr üzrə digər innovativ həllərlə də qatıla bilərlər.
 
"Green Fintech Startup Challenge” iştirakçılarına növbəti mərhələlərdə ideyalarının inkişafı üçün davamlı mentor dəstəyi və təlim imkanı yaradılacaq. Onlar inkubasiya mərhələsinə keçid, sahənin ekspertləri və aparıcı qurumların təmsilçiləri ilə netvorkinq, ideyalarını yekun işlək məhsula çevrmək imkanı qazanacaqlar. Hakatonda 1-ci yerin qalibinə 5000 AZN, 2-ci yerin qalibinə 3000 AZN, 3-cü yerin qalibinə 2000 AZN mükafat veriləcək. Üstəlik, onlar bu il ölkəmizdə keçiriləcək COP29 tədbirində təqdimat şansı əldə edəcəklər.
 
"Green Fintech Startup Challenge”-ə həm fərdi, həm komanda şəklində qoşulmaq olar. Müraciət üçün yaş məhdudiyyəti yoxdur. Son müraciət tarixi 27 may, saat 23:59-dur. Daha ətraflı məlumat və müraciət üçün linkə keçid edin: //abbinnovation.az/en/hackathon
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol