• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər bu dəfə Cavanşir Quliyevin mahnısını oğurlayıb – VİDEO

Ermənilər bu dəfə Cavanşir Quliyevin mahnısını oğurlayıb – VİDEO
27.07.2024 15:03
Ermənilər bu dəfə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi  "Yarım gilə” mahnısını oğurlayıblar. Mahnının erməni dilində ifasının videogörüntüləri sosial şəbəkələrdə yayılıb. 

Bəstəkar məsələ ilə bağlı Pressklub.az-a açıqlama verib.

Cavanşir Quliyev bildirib ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brillant Dadaşova ilə yazıb efirə veriblər: "Brilliant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra türkiyəli Ezgi Mert adında müğənni də bu mahnını oxuyub albomuna saldı”. 

Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni "Yarım gilə”ni  oğurlayaraq oxuyub: 
"Mən onları axtarıb tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni, xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib. Amma ola bilər ki, həqiqətən də müəllifi olmayan xalq mahnısı hesab ediblər və ya bilərəkdən də etmiş ola bilərlər. Çünki mahnı uzun zamandır internetdədir. Dünyadakı bütün musiqi platformalarında var”.

Müsahib deyib ki, məsələ ilə bağlı hüquqi yollara baş vurub:
"Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. "YouTube”da mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü "Facebook”da görmüşəm. "YouTube”dadırsa, onu tapıb "YouTube” vasitəsilə hüquqi işləri görmək olar. Amma "Facebook”da kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəm”.

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli isə açıqlamasında bildirib ki, agentlik məsələni araşdırıb lazımi məlumatı verəcək. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol