“Lukoil” yanacaqdoldurma məntəqəsində dəfələrlə hüquqlarım pozulur - Deputat

“Lukoil” yanacaqdoldurma məntəqəsi vətəndaşların hüquqlarını ciddi şəkildə pozur. Bunu Milli Məclisin deputatı Razı Nurullayev deyib.
"Şəxsən bu yanacaqdoldurma məntəqəsində özüm bir neçə dəfə hüquq pozuntusu ilə rastlaşmışam. Ümumilikdə bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları pozulur. Ya az benzin vurulur, ya da pulu əksik qaytarırlar. Pu problem illərdir davam edir və eyni pozuntular davam edir", - deputat bildirib.
Gülnar Nazimqızı
























