• $
  • €
  • ₽
  • ₺
  • £

“QHT işi” üzrə daha iki nəfər həbs olunub

“QHT işi” üzrə daha iki nəfər həbs olunub
10.04.2025 14:04

“QHT işi” çərçivəsində Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və hüquq müdafiəçisi, sosial işçi Zamin Zəki cinayət məsuliyyətinə cəlb olunub. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər ikisi barəsində 3 ay 4 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə onların vəkili Pərviz Hacıyev məlumat verib. 

Vəkilin sözlərinə görə, Əhmədov məhkəmədə özünü təqsirli bülmədiyini bildirib.

Baş Prokurorluğun İstintaq İdarəsində bir sıra yerli və xarici QHT-lərin fəaliyyəti ilə bağlı cinayət işi açılıb. İstintaq Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri üzrə aparılır.

Bu iş üzrə daha əvvəl “İştirak Evi” MMC-nin rəhbəri Məmməd Alpay (Məmmədzadə), “Benefisiar” Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli təqsirləndirilən şəxs qismində tanınıblar. Onlardan ikisi həbs edilib, Sübhan Həsənli isə axtarışa verilib.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə ev dustaqlığına buraxılıb. 

Tatyana Kryuçkina

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol