• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb

Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
24.09.2026 15:58

 

Azərbaycanın 2027–2030-cu illəri əhatə edəcək yeni Strategiyasının və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri hazırlanaraq ölkə Prezidentinə təqdim olunub. Baş nazir Əli Əsədov bunu Nazirlər Kabinetinin onun sədrliyi ilə keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, sənədlər İqtisadi Şurada geniş müzakirə edilib. Prezidentin son dövrdə qəbul etdiyi yeni dövlət proqramları nəzərə alınmaqla Strategiya üzrə son tamamlanma işləri aparılır və sənədin yaxın aylarda təsdiqlənəcəyi gözlənilir.

Əsədov bildirib ki, Strategiyanın qəbul edildiyi 2022-ci ildən 2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5,1% olacağı gözlənilir.

Baş nazirin sözlərinə görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın ÜDM-i real ifadədə 1,2% artıb. Bu dövrdə qeyri-neft-qaz ÜDM-i 2,1% artıb, neft-qaz ÜDM-i isə 0,8% azalıb. Əsas kapitala yönəldilən investisiyalar 10% artıb.

“Qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuş və əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunmuşdur”, - Əsədov deyib.

O qeyd edib ki, cari ilin ilk səkkiz ayında kreditlər üzrə faiz subsidiyası mexanizminin ölkə üzrə tətbiqinə başlanılıb, büdcədən əlavə vəsait ayrılıb, nəqliyyat-logistika subsidiyası verilib və bəzi ixrac xərclərinin kompensasiyası həyata keçirilib.

Əsədovun sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları hazırda təxminən 91 milyard dollar təşkil edir. Bu məbləğ xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.

Birbaşa xarici dövlət borcu sentyabrın 1-nə 4,5 milyard dollar, yaxud proqnozlaşdırılan ÜDM-in 5,6%-i səviyyəsində olub.

2026-cı ilin ilk səkkiz ayında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 10 milyard dollardan çox olub. Həmin dövrdə illik inflyasiya 5,7% təşkil edib.

Baş nazir növbəti il orta illik inflyasiyanın 5,3%-ə düşəcəyinin və hədəf diapazonunda qalacağının proqnozlaşdırıldığını bildirib.

 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol