• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən əsgərin MAXE-lərlə böyük problemi olub - əmisi oğlu/Yenilənib

İtkin düşən əsgərin MAXE-lərlə böyük problemi olub - əmisi oğlu/Yenilənib
01.10.2026 15:38

Laçın istiqamətində yerləşən, N saylı hərbi hissədə xidmət edən əsgər Nəsimi Rasim oğlu Musayevin sentyabrın 26-da itkin düşdüyü bildirilir. Onun əmisi oğlu Akif Musayev anews.az-a açıqlamasında əsgərin harada olduğu barədə ailəyə dəqiq məlumat verilmədiyini deyir.


“Biz də deyirik ki, uşaq yoxdursa, ölübsə meyitini, sağdırsa özünü bizə verin. İndi deyirlər ki, qaçıb”, - Akif Musayev  bildirib.


Onun sözlərinə görə, ailə Qubadlı rayon Hərbi Prokurorluğuna çağırılıb.

Musayev əsgərin qaçdığı barədə deyilənlərə şübhə etdiyini bildirib.


“Qaçıbsa, zirehli jileti və kaskası hanı? 30 kiloqramlıq zirehli jileti özü ilə aparacaqdı? Onu neyləyəcəkdi?” - o deyib.


Akif Musayev Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlama verməsini istəyib.

 “Postunu qoyub qaçıbsa, bun açıqlayın. Burada nə var ki?”, - o bildirib. 

Akif Musayev bildirib ki, prokurorluqda əsgərlərlə söhbət zamanı onlar Nəsimi Musayevlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) və aşpaz arasında problem olduğunu deyiblər. Onun iddiasına görə, əsgərlər MAXE-lərin həmin gün içkili olduğunu da bildiriblər.


“Əsgərlərlə söhbət etdik. Dedilər ki, MAXE-lərlə, bir də aşpazla aralarında böyük problem olub. MAXE-lərin həmin gün içkili olduğunu da dedilər. Mən bunu özümdən demirəm. Dörd əsgər bunu müstəntiqin yanında deyib”, - Musayev bildirib.

Məsələ ilə bağlı Hərbi Prokurorluğa da sorğu göndərilib. 


 

12:54

Laçın istiqamətində yerləşən, N saylı hərbi hissədə xidmət edən əsgər Nəsimi Rasim oğlu Musayevin sentyabrın 26-da itkin düşdüyü bildirilir. Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər. 

Paylaşımda əsgərin yaxınları ondan xəbər ala bilmədiklərini qeyd ediblər. Yaxınları videoda qeyd edir ki, əsgərin xidmət etdiyi hərbi hissənin komandiri onları qəbul etmir. 

Bununla bağlı Nəsimi Musayevin yaxınları ölkə prezidenti İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova müraciət edərək kömək istəyiblər. 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib, lakin xəbər hazırlanarkən cavab alınmayıb.

Sözügedən müraciət videosunda hərbi hissənin adı və yeri qeyd olunduğu üçün görüntüləri paylaşmırıq. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Cəmiyyət 14:48
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Cəmiyyət 14:12
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Zəfərin 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” keçirilib
Cəmiyyət 13:59
Zəfərin 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” keçirilib
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Cəmiyyət 13:43
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Sabah 22 dərəcə isti olacaq
Cəmiyyət 12:45
Sabah 22 dərəcə isti olacaq
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Cəmiyyət 11:50
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Cəmiyyət 09:57
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 09:30
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 22:49
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol