Cənubi Koreyada sel və torpaq sürüşməsi baş verib- ÖLƏNLƏR VAR

18:00 | 03.08.2020
Cənubi Koreyada sel və torpaq sürüşməsi baş verib- ÖLƏNLƏR VAR

Cənubi Koreyada sel və torpaq sürüşməsi baş verib- ÖLƏNLƏR VAR

Cənubi Koreyada daşqınlara və torpaq sürüşməsinə səbəb olan güclü yağış nəticəsində 8 nəfər itkin düşüb.

Anews.az  "TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlər, fövqəladə hallar və fəlakətlərlə mübarizə mərkəzinin qərargahından bildirilib.

Qeyd olunub ki, Kyonqido və Çhunçhon əyalətlərində çayın daşması nəticəsində üç nəfər ölüb, daha üç nəfər torpağın altında qalaraq həyatını itirib. 

Seul administrasiyasının əmri ilə Han çayının daşması nəticəsində yarana biləcək sel təhlükəsi səbəbindən bir sıra magistral yolda və körpülərdə nəqliyyatın hərəkəti bağlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb