Cəsədi tapılan alpinistin məzarından ürəkparçalayan VİDEO: "Balam, yaşasaydın..."

13:19 | 15.03.2019
Cəsədi tapılan alpinistin məzarından ürəkparçalayan VİDEO:

Cəsədi tapılan alpinistin məzarından ürəkparçalayan VİDEO: "Balam, yaşasaydın..."

Xəbər verdiyimiz kimi, 2017-ci ilin dekabrında Qubanın Xınalıq kəndinddə itkin düşən "Gilavar" idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin meyitləri 2018-ci ilin may ayında tapılmışdı.

Anews.az BiG.AZ-a istinadən xəbər verir ki, hər üç alpinistin cəsədi təxminən eyni yerdə, çadır qurduqları ərazidə aşkar edilmişdi. Alpinist F.Cəbrayılzadənin məzarından görüntüləri yayımlanıb. Mərhum Fəridə yaşasaydı, bu gün, 15 mart ad gününü qeyd edəcəkdi. Yaşasaydı 28 yaşı olacaqdı. Onun qəbrinin videosu yayımlanaraq "Bu gün sənin doğum günün, necə təbrik edim, balam?" sözləri yazılıb.

Xatırladaq ki, Babur Hüseynov Astara şəhər qəbiristanlığında torpağa tapşırılıb, Cəbrayılzadə Fəridə Masallı rayonunda dəfn olunub, Namin Bünyatzadə isə Şəmkir rayonunda dəfn edilib.

Allah rəhmət eləsin!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb