Daha bir azərbaycanlı məşhur koronavirusa yoluxdu

23:41 | 15.04.2020
Daha bir azərbaycanlı məşhur koronavirusa yoluxdu

Daha bir azərbaycanlı məşhur koronavirusa yoluxdu


Türkiyədə Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirus testi müsbət nəticə verib.

Anews.az-ın  məlumatına görə, gənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkməsi səbəbindən yerli xəstəxanada tibbi müayinədən keçib. Evinə qayıtdıqdan sonra Məmmədova testinin pozitiv çıxdığını bildirərək, onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar.

Azərbaycanlı tələbənin otaq yoldaşlarının universitetlərdə tətil elan olunması səbəbindən Azərbaycana qayıtdıqları müəyyənləşib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb