Daha bir bahalaşma - Azərbaycanda

16:59 | 07.10.2016
Daha bir bahalaşma - Azərbaycanda

Daha bir bahalaşma - Azərbaycanda

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,1 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 1,7 və 0,5 faiz artıb.

Ay ərzində bitkiçilik məhsullarından baş soğanın istehsalçı qiymətində azalma, lobyanın, xiyarın, badımcanın, pomidorun, bibərin, baş sarımsağın, fındığın, armudun istehsalçı qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında heyvandarlıq məhsullarından mal ətinin, quş ətinin, yumurtanın istehsalçı qiyməti artıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM